Superliqada oynayacaq klublara qarşı UEFA-nın tətbiq edəcəyi sanksiyalar daxili birinciliklərə də şamil olunacaq.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun qərarına əsasən alternativ turnirə qatılacaq komandalar ölkə çempionatlarından da çıxarılacaq.
Çempionlar Liqasında PSJ-nin qalib elan olunması variantı ilə yanaşı, Superliqada iştirakı təsdiqlənən İngiltərə, İspaniya və İtaliya nəhəngləri hətta çempionatda da cari mövsümün sonunu görməyə bilər. Nəzərə alaq ki, Premyer Liqa, La Liqa və A seriyası rəhbərləri də alternativ yarışa qarşıdır və bu məsələdə UEFA ilə həmfikirdir.
Əgər radikal qərar qəbul olunsa, hər üç liqanın turnir cədvəlində ciddi dəyişiklik olacaq, hazırda avrokuboklara iddiası qalmayan klublara çempionluq və gələn mövsüm hətta Çempionlar Liqasına qatılma şansı yaranacaq.
Qiyamçı 12 klubdan 6-sı İngiltərə, 3-ü İspaniya və 3-ü İtaliya təmsilçiləridir. Onlar bu mövsüm daxili birinciliklərdən çıxarılarsa, Premyer Liqa, La Liqa və A seriyasında Çempionlar Liqasına vəsiqə verən ilk “4-lük” hazırkı vəziyyətdə belə sıralanacaq:
İngiltərə Premyer Liqası
|
1 |
Lester |
31 |
17 |
5 |
9 |
55-37 |
56 |
|
2 |
Vest Hem |
32 |
16 |
7 |
9 |
53-42 |
55 |
|
3 |
Everton |
31 |
14 |
7 |
10 |
43-40 |
49 |
|
4 |
Lids |
31 |
14 |
3 |
14 |
49-49 |
45 |
İspaniya La Liqası
|
1 |
Sevilya |
31 |
20 |
4 |
7 |
46-25 |
64 |
|
2 |
Vilyarreal |
31 |
12 |
13 |
6 |
48-34 |
49 |
|
3 |
Betis |
31 |
14 |
6 |
11 |
42-45 |
48 |
|
4 |
Real Sosyedad |
31 |
12 |
11 |
8 |
48-33 |
47 |
İtaliya A seriyası
|
1 |
Atalanta |
31 |
19 |
7 |
5 |
72-38 |
64 |
|
2 |
Napoli |
31 |
19 |
3 |
9 |
66-35 |
60 |
|
3 |
Latsio |
30 |
18 |
4 |
8 |
51-41 |
58 |
|
4 |
Roma |
31 |
16 |
6 |
9 |
55-47 |
54 |
Qeyd edək ki, Superliqada hələlik “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.