Superlıqaya gedənləri çempionatdan çıxarın! – klubların istəyi
19.04.2021 - 14:51
İtaliyanın üç klubunun Superliqaya qatılmasına həsr olunan A seriyasının fövqəladə yığıncağının detalları bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Yuventus”, “Milan” və “İnter”in alternativ turnirə qatılması çempionat iştirakçıları tərəfindən sərt qarşılanıb.
Üç klub – “Atalanta”, “Verona” və “Kalyari” Superliqaya qatılan komandaların A seriyasından xaric olunmasını istəyib. Hərçənd həmin komandalar Superliqanın startına qədər ölkə daxili yarışlardan çıxmaq istəmir.
Qeyd edək ki, “Yuventus”, “Milan” və “İnter” ümumilikdə 72 dəfə İtaliya çempionu olub.
0
0