Transferə çıxarılır – Xavi Martines
08.07.2020 - 16:55
Almaniyanın “Bavariya” klubu Xavi Martineslə müqaviləni uzatmayacaq.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi transferə çıxarmaq niyyətindədir.
İspaniyalının müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Bu səbəbdən də Bundesliqa təmsilçisi “transfer pəncərəsi”ndə onun satışından qazanmağı planlaşdırır.
Qeyd edək ki, Xavinin əvvəlki klubu “Atletik”ə qayıdacağı gözlənilir.
0
0