Transferi bu həftə açıqlanacaq - Pyaniçin
25.06.2020 - 14:53
"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını "Barselona"da davam etdirəcək.
Apasport.az saytının İspaniyanın "Sport" nəşrinə istinadən məlumatına görə, klublar bu keçiddə ortaq məxrəcə gəliblər.
Braziliyalı yarımmüdafiəçisi Arturun "qoca sinyora"ya keçidinə razılıq verən kataloniyalılar Pyaniçlə bağlı da anlaşıblar. Artur "Yuve"yə təxminən 70-80 milyon avroya başa gələcəksə, Pyaniçin transfer məbləği bundan ucuz olacaq. Bosniyalı orta sahə oyunçusunun keçidinin bu həftə açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, 30 yaşlı Miralem Pyaniç 2016-cı ildən "Yuventus"da çıxış edir.
0
0