Türkiyə millisinin oyununda - Azərbaycan təmsilçisi
31.08.2020 - 12:14
Millətlər Liqasının ilk oyun gününün təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Orxan Hüseynzadə də beynəlxalq təyinat alıb.
“Neftçi”nin sabiq prezidenti sentyabrın 3-də keçiriləcək Türkiyə - Macarıstan görüşündə iş başında olacaq. Təmsilçimiz qarşılaşmanın UEFA nümayəndəsi olacaq. Bu matçın hakim-inspektoru AFFA-nın Hakimlər və Hakim-inspektorlar komitəsinin avstriyalı sədri Frits Ştuxlik təyin edilib.
0
0