Türkiyə yığmasının oyununa təyinat aldı - AFFA rəsmisi
27.08.2020 - 12:52
Türkiyə yığmasının oyununa təyinat aldı - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, avstriyalı UEFA Millətlər Liqasının qrup mərhələsi matçında iş başında olacaq.

Stuxlik sentyabrın 3-də Sivas şəhərində keçiriləcək Türkiyə – Macarıstan oyununun hakim-inspektoru funksiyasını icra edəcək.