“Çelsi”ni türkiyəli iş adamı ala bilər.
Apasport.az saytının məlumatına görə, Muhsin Bayrak İngiltərənin klubunun səhmlərinə sahib olmağa iddialıdır.
Biznesmenin təmsilçisi “Guardian”a açıqlamasında xəbəri təsdiqləyib və bununla bağlı təkliflərini göndərildiklərini söyləyib. Bayrak Türkiyənin “AB Grup Holding” tikinti şirkətinin idarə heyətinin sədridir.
London təmsilçisinin hazırkı sahibi Roman Abramoviç 2003-cü ildə 140 milyon funt sterlinqə aldığı səhmləri indi 4 milyarda satmağı planlaşdırır.
Qeyd edək ki, Abramoviçin dönəmində “Çelsi” 5 dəfə İngiltərə çempionatının, 5 dəfə İngiltərə kubokunun, 3 dəfə İngiltərə Liqa kubokunun, 2 dəfə ölkə Superkubokunun, 2 dəfə Çempionlar Liqasının və 2 dəfə də Avropa Liqasının qalibi olub. “Zadəganlar” 2021-ci ildə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.