Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Lill”ə qarşı səfər oyunu “Çelsi”nin baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda rekorda şərik olub.
O, 50-ci ÇL görüşündə 32-ci qalibiyyətinə sevinib. Bununla Tuxel ilk 50 oyununda ən çox qələbə qazanma rekordunu təkrarlayıb. O, 47 qarşılaşmasında rəqiblərini 32 dəfə üstələyən həmyerlisi Yupp Haynkeslə eyni göstəriciyə imza atıb.
Tuxelə qədər Zinəddin Zidan ilk 50 oyununda 31 qalibiyyətlə yadda qalmışdı. Almaniyalı bununla “Real”ın sabiq çalışdırıcısının nəticələrini də üstələyib.
Qeyd edək ki, ilk oyunda da öz meydanında 2:0 hesablı qələbə qazanan “Çelsi” 1/4 finala yüksəlib.