Tuxel qərarını açıqladı
14.03.2022 - 11:16
Tuxel qərarını açıqladı

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın üzləşdiyi problemlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis rəhbər dəyişikliyinin tezliklə reallaşmasını arzulayır.

O, “zadəganlar”dan ayrılacağı ilə bağlı söz-söhbətə də son qoyub: “Şübhəsiz ki, mövsümün sonuna qədər “Çelsi”də qalacağam. Hər gün oynamaq məcburiyyətindəsən, çünki hər şey dəyişə bilər. Klub satılır. Ümid edirəm ki, bu proses tezliklə həll olunacaq. Gündən-günə irəliləmək bizim məqsədimizdir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı hərbi gərginlik səbəbindən “Çelsi”nin sahibi Roman Abramoviç müxtəlif sanksiyalarla üzləşib.

0