“Çelsi”nin satılması baş məşqçi Tomas Tuxelin karyerasına təsir etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu almaniyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, Roman Abramoviçin klubu ABŞ və İsveçrədən olan konsorsiuma satması fəaliyyətinə təsir etməyəcək: “Xeyr, bunun karyerama təsir olmayacaq. Dəfələrlə demişəm ki, Premyer Liqada çalışmaqdan xoşum gəlir. Burada ənənələri və bütün idmana, xüsusilə də idmana sevgini hiss edirəm. Bura gözəl yerdir. “Çelsi” mənim üçün ideal klubdur. Bu klubdakı hər şeyi sevirəm. Ümid edirəm ki, hər şey belə qalacaq. Qeyri-müəyyənlik də yoxdur. Məgər məşqçidə həmişə belə olmur ki? Pozitivəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Tuxel ötən mövsüm “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.