Millətlər Liqasının II turunun Çexiya – Şotlandiya oyunu təxirə salınmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Çexiya Futbol Assosiasiyası açıqlayıb.
Meydan sahiblərinin iki üzvü koronavirusa yoluxduğu üçün görüşün təxirə salınacağı bildirilirdi. Yerli federasiya bu səbəbdən qarşılaşmanın qeyri-müəyyən vaxta təxirə salınacağını da açıqlamışdı.
Lakin yoluxanların futbolçular deyil, yığmanın əməkdaşları olduğu dəqiqləşib. Bu səbəbdən də UEFA nümayəndələri ilə məsləhətləşmələrdən sonra matçın keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Çexiya – Şotlandiya oyunu sentyabrın 7-də baş tutacaq.