Təyinatlar açıqlandı – “Qarabağ”ın oyununa
15.04.2021 - 23:10
Təyinatlar açıqlandı – “Qarabağ”ın oyununa

Azərbaycan Premyer Liqasında XXIII turun ilk oyun gününün təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək matçların hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

FİFA referisi Əliyar Ağayev “Səbail” – “Qarabağ” matçını idarə edəcək. “Sumqayıt” –“Qəbələ” görüşündə isə Vüqar Həsənli fit çalacaq.

Azərbaycan Premyer Liqası
XXIII tur
16 aprel (cümə)
“Səbail” – “Qarabağ”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASCO Arena”, 18:00
 
“Sumqayıt” –“Qəbələ”
Hakimlər:
Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 20:15