U-19-a gücü çatdı – "Sabah"ın
06.02.2021 - 23:26
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışını tamamlayıb.
Apasport.az saytının məlumatına görə, U-19 hazırlıq çərçivəsində 3-cü yoxlama görüşünü keçirib.
Samir Əliyev yetirmələrini “Sabah”ın əsas komandası ilə matçda sınayıb. Qarşılaşma Premyer Liqanın autsayderinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə fərqlənib.
Qeyd edək ki, U-19 toplanış zamanı “Qaradağ Lökbatan”a 3:0 hesabı ilə qalib gəlib, “Neftçi-2”yə 0:1 hesabı ilə uduzub.
0
0