UEFA Millətlər Liqasının formatında dəyişiklik ediləcək.
APA-nın məlumatına görə, qitə futbol qurumu 4 divizionda təşkil olunan yarışla bağlı dəyişikliyi zəruri sayıb.
A divizionunda çıxış edən komandaların sayı artırılacaq. 2018-19 mövsümündə güclülər sırasında 12 yığma iştirak edirdisə, 2020-21 mövsümündə bu rəqəm 16-ya çatacaq.
Nəticədə qrup sonuncusu olub aşağı liqaya düşən Almaniya, Xorvatiya, Polşa və İslandiya yenə A divizionunda oynayacaq. Onlara B divizionunun 4 qalibi qoşulacaq. Bununla da UEFA nüfuzlu komandaların aşağı liqaya yuvarlanması ilə turnirə marağın azalmasının qarşısını alacaq.
Qeyd edək ki, Millətlər Liqasının yeni mövsümünün formatı UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında təsdiqlənməlidir.