İngiltərə “Tottenhem”inin futbolçusu Harri Keyn Premyer Liqanın “Vulverhempton”la görüşündə start heyətindən kənarda qalıb.
Apasport.az saytının məlumatına görə, London klubunun lideri matçı ehtiyat oyunçular skamyasında başlayıb.
Belə hadisə Premyer Liqa oyunlarında sonuncu dəfə 2018-ci ilin dekabrında qeydə alınıb. Təxminən 3 il, daha dəqiqi 32 ay öncə Keyn “Lester”lə görüşə 74-cü dəqiqədə daxil olub. Həmin vaxt oyunun komandası 2:0 hesabı ilə qalib gəlib.
Keynin ehtiyatda qalması səbəbsiz deyil. Komandadan getməyə can atan hücumçu bu üzdən bir müddət məşqləri boykot edərək hazırlıqlara gec qoşulub.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU