Üçillik müqavilə - Premyer Liqada
02.09.2020 - 22:37
İngiltərənin “Fulhem” klubu baş məşqçisi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Skott Parkerlə müqaviləni yeniləyib.
39 yaşlı mütəxəssis daha üç il kluba rəhbərlik edəcək. 2018-ci ilin mayında bu posta təyin olunan çalışdırıcı ötən mövsümün yekununda komandanı Premyer Liqaya qaytarıb. Bu üzdən də onunla 2023-cü ilin yayına qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Skott Parker futbolçu karyerasının son 4 ilini (2013-2017) "Fulhem"in heyətində keçirib.
0
0