Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov dünya çempionatının final mərhələsinə avtomatik buraxılmaları ilə bağlı çağırışlara münasibət bildirib.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, çalışdırıcı buna qarşı çıxdığını bildirib.
Petrakovun fikrincə, komandası DÇ-2022-yə vəsiqə uğrunda pley-offda mübarizə aparmalıdır: “Dünya çempionatına kiminsə hədiyyəsi ilə getmək? Andrey Yarmolenkonu dəstəkləyirəm. Biz oynamalıyıq, bu vəsiqəni özümüz almalıyıq. Şəxsən mən bu hədiyyənin əleyhinəyəm, oynamaq lazımdır. İyunda hansı tarixdə oynayacağımızı UEFA bizə bildirəcək”.
Qeyd edək ki, Ukrayna yığması pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Uelsə rəqib olacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI