Ukraynadan FIFA-ya müraciət: Pley-off oyunu təxirə salınsın
04.03.2022 - 09:03
Ukraynadan FIFA-ya müraciət: Pley-off oyunu təxirə salınsın

Ukrayna yığmasının DÇ-2022-nin pley-off mərhələsində Şotlandiya ilə keçirəcəyi oyun təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Assosiasiyası bunun üçün FİFA-ya müraciət edib.

Ukraynalılar martın 24-də Qlazqoda keçirilməsi planlaşdırılan matçın başqa tarixə keçirilməsini istəyib. Ali futbol qurumu yekun qərarını vermək üçün UEFA və Şotlandiya Futbol Assosiasiyası ilə müzakirələr aparır.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsinin püşkatma mərasimi aprelin 1-də Dohada keçiriləcək.