Ukraynalı məşqçilər Rusiya klubu ilə müqaviləni pozdu
03.03.2022 - 10:04
Rusiyadan ayrılan ukraynalıların sayı gündən-günə artır.
Apasport.az saytının məlumatına görə, daha iki məşqçi iki ölkə arasında yaşanan hərbi gərginlik ucbatından Rusiyanı tərk etmək qərarına gəlib.
Bunlar “Axmat”ın məşqçiləri Stanislav Qonçarenko və Pavel Dubkodur. Məşqçi-analitik və fizioterapevt klubun da razılığı ilə müqaviləyə xitam veriblər.
Onlarla yanaşı, ukraynalı yarımmüdafiəçi Artyom Polyarusun da tezliklə “Axmat”dan getməsi gözlənilir. O da bununla bağlı rəhbərliyə məlumat verib.
0
0