Ulduz futbolçu qovulur - karantin rejimini pozduğu üçün
20.04.2020 - 00:00
Yarımmüdafiəçi Samir Nəsri klubu "Anderlext"dən qovulacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz futbolçunun klubun intizam qaydalarına əməl etməyərək, icazəsiz Dubaya getməsidir.
Koronavirus pandemiyası üzündən karantin rejimini pozan Nəsri Belçika təmsilçisinin təlimatlarına əməl etməyib. Rəhbərlik 32 yaşlı oyunçudan bu davranışına görə hesabat tələb etsə də, o, bundan imtina edib. Buna görə də "Anderlext" fransalı ilə müqaviləyə xitam verməyə hazırlaşır.
Qeyd edək ki, Samir Nəsri əvvəllər dopinqdən istifadəyə görə, 18 ay müddətinə diskvalifikasiya olunub.
0
0