“Yuventus”un vitse-kapitanı Leonardo Bonuççi sanksiya ilə üzləşə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi futbolçuları meneceri ilə müqavilə imzalamağa məcbur etməkdə günahlandırılır.
Bonuççinin meneceri Alessandro Luççi Dünya Futbol Agentliyinin qurucusudur. Şirkət bu yaxınlarda Qaetano Kastrovilli, Deyan Kulusevski və Canluka Skamakka ilə müqavilə imzayıb. Lakin Luççi və Bonuççinin oyunçulara daha yaxşı müqavilələr, hətta millilərə çağırılma vədi verdikləri bildirilir. Bu üzdən prokurorluq məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Alessandro Luççi eyni zamanda Edin Dzeko, Alessandro Florenzi, Daniele De Rossi kimi məşhur simalarla uzun müddətdir əməkdaşlıq edir.