Vaqner Lav “Qarabağ”la oyuna çıxmayacaq - SƏBƏB
19.10.2021 - 13:15
Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşacaq “Kayrat” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Qazaxıstan klubunun hücumçusu Vaqner Lav zədədən əziyyət çəkir.
Topuğundan zədəli olan 37 yaşlı braziliyalı forvard Bakıya gələn heyətdə yer almayıb. O, eyni səbəbdən ölkə çempionatının geridə qalan turunda “Aktobe” ilə görüşü də buraxıb.
Qeyd edək ki, daha əvvəl müdafiəçi Kamo Oqanesyanın da “Qarabağ”la görüşü buraxacağı bildirilib. Qarşılaşma oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0