Vaxtı açıqlandı - “Qarabağ” – “Molde” matçının
01.09.2020 - 11:13
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Molde” oyununun vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanın gününü Norveç təmsilçisi açıqlayıb.
Bakıda keçiriləcək görüş sentyabrın 16-da baş tutacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qeyd edək ki, “Qarabağ” – “Molde” matçında qalib gələn komanda Çempionlar Liqasında, uduzan tərəf Avropa Liqasında mübarizə aparacaq.
0
0