Veynaldum Premyer Liqa klubunun maraq dairəsində
04.03.2022 - 10:22
PSJ-nin futbolçusu Jorjinyo Veynaldum “Aston Villa”nın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.
31 yaşlı niderlandlı da mövsümün sonunda Fransa təmsilçisini tərk etməyin əleyhinə deyil. Premyer Liqa klubunun da bundan yararlanacağı gözlənilir. O, 2021-ci ilin iyulundan parislilərin formasını geyinir.
Qeyd edək ki, Veynaldum cari mövsümün 28 matçında 3 qola imza atıb.
0
0