Vidala Braziliyadan təklif
16.03.2022 - 09:21
“İnter”in futbolçusu Arturo Vidal Braziliyadan təklif alıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Flamenqo” maraqlıdır.
34 yaşlı çililiyə 2 illik müqavilə təklif olunub. Futbolçunun özü də karyerasını Braziliyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Vidal mövsümün 34 matçında 2 qola imza atıb.
0
0