XX turun oyunlarını təxirə saldı - PFL
07.02.2021 - 14:13
XX turun oyunlarını təxirə saldı - PFL

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın XX turunun oyunlarını təxirə salıb.

Apasport.az saytının məlumatına görə, martın 18-19-da keçirilməsi planlaşdırılan qarşılaşmalar hələlik qeyri-müəyyən müddətədək ertələnib.

Bu, millinin baş məşqçisi Canni De Byazinin təkidi ilə baş verib. İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar Premyer Liqanın təqviminə dəyişiklik edilməsini istəyib.

A qrupunda yer alan komandamız martın 24-də Portuqaliyanın qonağı olacaq. Milli həmin ayın 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.

Qısa müddətdə 3 matça çıxmağın çətinliyini əsas gətirən De Byazi yığma üzvlərinin hazırlığına bir həftəlik toplanışın bəs etmədiyini bildirib. PFL və AFFA rəhbərliyi arasında məsləhətləşmədən sonra Premyer Liqanın 20-ci turunu təxirə salmağı qərara alınıb (sportinfo.az).

0