Yanvarın ən yaxşı baş məşqçisi açıqlandı
02.02.2022 - 22:46
Yanvarın ən yaxşı baş məşqçisi açıqlandı

İtaliya A seriyasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Tiaqo Motta bu ada layiq görülüb.

“Speziya”nın ötən ay ərzindəki nəticələri Mottanın ən yaxşı seçilməsinə səbəb olub. Komanda yanvarda keçirdiyi 4 oyunda 9 xal toplayıb. “Speziya” müvafiq olaraq “Cenoa” (1:0), “Milan” (2:1) və “Sampdoriya”nı (1:0) məğlub edib.

Qeyd edək ki, “Speziya” A seriyasında 25 xalla 14-cü yerdə qərarlaşıb.