Yarımfinalda oynamayacaq - PSJ-də itki
17.08.2020 - 12:32
PSJ-nin qapıçısı Keylor Navasın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı qolkiper Çempionlar Liqasının yarımfinal mərhələsində “Leypsiq”lə oyunu buraxacaq.
1/4 finalda “Atalanta” ilə qarşılaşmada zədələnərək 79-cu dəqiqədə əvəzlənən Kosta-Rika millisinin üzvü hələ də məşq edə bilmir. Bu isə o deməkdir ki, yarımfinalda çərçivəni ikinci qapıçı Serxio Riko qoruyacaq.
Qeyd edək ki, sabah Lissabonda keçiriləcək “Leypsiq” – PSJ matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
0
0