Yarımfinalların məğlubedilməzi
18.04.2022 - 13:44
Yarımfinalların məğlubedilməzi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel yarımfinal mərhələlərinin məğlubedilməzidir.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis karyerasında 11-ci dəfə bu raundu uğurla adlayıb.

Onun yetirmələri İngiltərə kubokunda “Kristal Pelas”ı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Tuxelin baş məşqçisi olduğu komandalar heç vaxt yarımfinalda mübarizəni dayandırmayıb.

O, karyerası ərzində “Auqsburq”, “Mayns”, Dortmund “Borussiya”s, PSJ və “Çelsi”də çalışıb. Tuxelin yetirmələri yarımfinalda ümumilikdə 30:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, finalda “Çelsi” “Liverpul”la qarşılaşacaq.