Yeni baş məşqçi - A seriyası klubunda
27.08.2020 - 11:30
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Genuya təmsilçisi bu posta Roland Maranı təyin edib.
Əvvəllər “Kalyari”ni çalışdıran mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Daniele Facano idman direktoru təyin edilib.
Qeyd edək ki, “Cenoa” ötən mövsüm A seriyasında 17-ci yeri tutub.
0
0