Yeni baş məşqçi ilə anlaşdı – “Napoli”
03.02.2021 - 00:09
Yeni baş məşqçi ilə anlaşdı – “Napoli”

İtaliyanın “Napoli” klubu baş məşqçi postunda dəyişiklik edəcək.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşan A seriyası komandası onu Rafael Beniteslə əvəzləyəcək. İspaniyalı mütəxəssislə görüşən klub prezidenti Aurelio De Laurentis onunla hərtərəfli razılığa gəlib. 2013-2015-ci illərdə “Napoli”yə rəhbərlik edən Benitesin təyinatı tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 37 xalla 6-cı pillədə qərarlaşıb.