Yeni baş məşqçisini açıqladı - La Liqa klubu
06.07.2020 - 09:09
İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, La Liqa klubunu Xuan Ramon Munis çalışdıracaq.
O, istefaya göndərilən Asyer Qaritanonu əvəzləyib. 51 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Munisin son iş yeri ötən mövsüm istefaya göndərildiyi “Malaqa” olub.
0
0