Qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, D qrupunda qərarlaşan komandamız səfərdə Çexiya ilə qarşılaşıb.
Dörd gün əvvəl Varşavada Polşaya 0:3 hesabı ilə məğlub olan Siyasət Əsgərovun kollektivi bu dəfə Çomutovda çexlərə eyni hesabla yenilib. Qrupdakı 6 oyunda aktivinə xal yazdıra bilməyən millimiz sonuncu – 5-ci pillədə qərarlaşıb. Çexiya isə 13 xalla 3-cü yeri tutur.
Komandamızın qrupda Moldova və İspaniyaya qarşı keçirəcəyi son ev oyunları gələn ilin fevralında baş tutacaq.
Qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi
D qrupu
27 oktyabr
Çexiya – Azərbaycan – 3:0
Cahinova, 27, Krejçirikova, 52, Şevieçkova, 64
Çomutov. “Letni” stadionu
|
1 |
Polşa |
7 |
4 |
2 |
1 |
16-2 |
14 |
|
2 |
İspaniya |
5 |
4 |
1 |
0 |
22-1 |
13 |
|
3 |
Çexiya |
7 |
4 |
1 |
2 |
17-9 |
13 |
|
4 |
Moldova |
5 |
1 |
0 |
4 |
3-25 |
3 |
|
5 |
Azərbaycan |
6 |
0 |
0 |
6 |
1-22 |
0 |