Yeni klubu ilə anlaşdı - Rakitiç
31.08.2020 - 17:51
Yeni klubu ilə anlaşdı - Rakitiç

“Barselona”da ilk ayrılıq reallaşır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İvan Rakitiç komandanı tərk etmək qərarına gəlib.

Xorvatiya millisinin üzvü sabiq komandası “Sevilya”ya qayıdır. 32 yaşlı oyunçu əndəlüs təmsilçisi ilə 3 illik müqaviləni razılaşdırıb. Rakitiç artıq Sevilyadadır və bu gün tibib müayinədən keçəcək.

Qeyd edək ki, İvan Rakitiç 2011-2014-cü illərdə “Sevilya”nın formasını geyinib.