Yeni klubu ilə müqavilə bağladı – “Qəbələ”dən ayrıldıqdan sonra
23.11.2020 - 09:00
“Qəbələ”nin sabiq futbolçusu İvitsa Juniçin işsiz günləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçinin yeni klubunun adına aydınlıq gəlib.
32 yaşlı mərkəz müdafiəçisi Rumıniya klubu ÇFR-lə anlaşıb. Rumınlar rəsmi sayt vasitəsilə transferi açıqlasa da, müqavilə müddəti barədə məlumat verilməyib. Juniç artıq yeni komandasında məşqlərə başlayıb.
Qeyd edək ki, İvitsa Juniç ötən mövsümün sonunda “Qəbələ”dən ayrılıb.
0
0