Yeni müdafiəçi ilə gücləndi - paytaxt klubu
17.10.2020 - 00:28
İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi müdafiəçi Co Rodonu transfer edib.
Paytaxt təmsilçisi arxa xətt oyunçusu ilə 5 illik müqavilə bağlayıb. “Tottenhem” bu transfer üçün “Suonsi”yə 15 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu Uels yığmasının üzvüdür.
0
0