Yeni müqavilə bağladı – 37 yaşında
04.11.2020 - 22:26
Portuqaliyanın “Porto” klubunun futbolçusu Pepe yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ulduz futbolçu karyerasını daha 2 il davam etdirmək qərarına gəlib. 37 yaşlı oyunçu klubu ilə sözləşmə müddətini 2023-cü ilin yayına qədər uzadıb.
Qeyd edək ki, Pepe “Porto”ya ötən il “Beşiktaş”dan keçib.
0
0