Yeni müqavilə bağlayacaq – Sərgən Yalçın
19.01.2021 - 15:38
Yeni müqavilə bağlayacaq – Sərgən Yalçın

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın klubla yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.

“Ağ-qaralar”ın uğurlu mövsüm keçirməsi rəhbərliyin gənc mütəxəssisə yeni 2 illik sözləşmə təklif etməsinə səbəb olub. Münasibətlərin rəsmiləşməsi üçün İstanbul təmsilçisi mövsümün sonunu gözləməyəcək. Sərgənin yayadək olan müqavilə müddəti tezliklə 2023-cü ilin yayına qədər uzadılacaq.

Qeyd edək ki, “Beşiktaş” Super Liqada 18 turdan sonra 38 xalla turnir cədvəlinə başçılıq edir.