Yeni müqavilə imzalayacaq - “Bavariya” 
05.02.2021 - 10:16
Yeni müqavilə imzalayacaq - “Bavariya” 

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Camal Musiala ilə yeni  müqavilə bağlayacaq.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi İngiltərənin gənclər yığmasının üzvü ilə uzunmüddətli anlaşmanı rəsmiləşdirəcək.

Onunla imzalanacaq müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçu ilə anlaşma fevralın 26-da – Musialanın 18 yaşı olanda rəsmiləşdiriləcək. “Bavariya” rəhbərliyi yaxın müddətdə Camalın milliləşdirilərək Almaniya yığmasına cəlb olunmasını da istəyir.

Qeyd edək ki, Musiala ilə indiki müqavilə 2022-ci ilin yayında başa çatacaq.