Yeni qapıçı - “Qalatasaray”da
02.08.2020 - 13:22
Türkiyənin “Qalatasaray” klubu yeni futbolçu ilə anlaşıb.
Apasport.az-ın Türkiyə KİV-inə istinadən məlumatına görə, İspaniyanın “Atletik” klubunun qapıçısı İaqo Herrerin karyerasını İstanbul təmsilçisində davam etdirəcək.
Əsas qolkiperi Fernando Muslera zədələndiyi üçün bu mövqeyə oyunçu axtaran “sarı-qırmızılar” ispaniyalını icarəyə götürmək barədə razılıq əldə edib. Bilbao klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq İaqo bir il icarədə olduqdan sonra azad agent olacaq.
Qeyd edək ki, Herrerin son mövsümdə cəmi 9 matçda meydana çıxıb.
0
0