Yeni transferini təqdim etdi - “Qarabağ”
28.08.2020 - 15:30
“Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.
Bolqarıstanın “Çerno More” klubundan transfer olunan yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 27 yaşlı kabo-verdili orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikan” və “Salqueyros” klublarında oynayıb.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.
0
0