Yeni transferinin müqavilə müddətini açıqladı - "Neftçi"
17.07.2020 - 01:27
"Neftçi" Yusuf Lavalın transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə nigeriyalı vingerlə imzalanan müqavilə müddətini bəyan edib.
22 yaşlı sağ cinah oyunçusu bakılılarla 2+1 illik sazişə qol çəkib. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nigeriyanın klubu "36 Lion”un yetirməsi olan Yusuf Laval 2017-2020-ci illəri Belçika təmsilçisi "Lokeren”də keçirib.
0
0