Yığma Malya ilə yenə heç-heçə oynadı
08.09.2019 - 00:07
Yığma Malya ilə yenə heç-heçə oynadı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

APA-nın məlumatına görə, millimiz Maltanın paytaxtı Vallettadakı toplanışda ikinci sınağına çıxıb.

Komandamız bu ölkənin U-19 yığması ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yığmalar arasında iki gün öncə baş tutan ilk matçda da qalib müəyyənləşməmişdi – 2:2.

U-19 Malta Azərbaycan millisi