Yığma Qazaxıstana rəqib oldu
08.09.2019 - 01:10
Yığma Qazaxıstana rəqib oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində növbəti matçını keçirib.

APA-nın məlumatına görə, yığma Çexiya ilə qarşılaşıb.

6:1 hesabı ilə qələbə qazanan millimizin qollarını Ramil Əliyev (2), Sabir Allahquliyev (2), Amid Nəzərov və Əbdül Əliyev vurublar.

Komandamız A divizionunda qalmaq uğrunda keçiriləcək oyunda sabah Qazaxıstan yığması ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.