Yığmamız İraqla bacarmadı
02.02.2022 - 19:50
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, komandamız İraqın U-20 millisi ilə üz-üzə gəlib.
Görüş 2:2 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qollara Mahmud Ağayev və Ege Bilsel imza atıb.
0
0