Yığmamız Maltaya qalib gəldi
28.03.2022 - 15:33
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, U-17 hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb.
Oyun 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandanın heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli ilə Nihad Əhmədzadə fərqləniblər.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0