Yığmamızla oyundan öncə sülh - Monteneqroda
11.11.2020 - 23:00
Yığmamızla oyundan öncə sülh - Monteneqroda

Azərbaycan yığmasının Millətlər Liqasında növbəti rəqibi Monteneqro yoldaşlıq oyunu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Balkan təmsilçisi öz meydanında Qazaxıstanla qarşılaşıb.
 
Görüş meydan sahiblərinin cüzi üstünlüyü ilə keçib. Lakin qarşılaşmada qol qeydə alınmayıb – 0:0.
 
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq Azərbaycan – Monteneqro görüşü noyabrın 14-də keçiriləcək.
 
Yoldaşlıq oyunu
11 noyabr
Monteneqro – Qazaxıstan – 0:0

 

0