Yığmanın yeni baş məşqçisi müəyyənləşdi – Rueda qayıtdı
15.01.2021 - 00:07
Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisini Reynaldo Rueda çalışdıracaq.
O, DÇ-2022-nin seçmə oyunlarında yığmaya rəhbərlik edəcək. Onun son iş yeri 2018-ci ilədək çalışdırdığı Çili millisi olub.
Qeyd edək ki, Rueda 2004-06-cı illərdə də Kolumbiya yığmasının baş məşqçisi olub. O, 2002-ci ildə bu vəzifəni müvəqqəti icra edib.
0
0