Yoxlama görüşündə qalib gəldi – “Keşlə”nin rəqibi
14.08.2020 - 09:02
Yoxlama görüşündə qalib gəldi – “Keşlə”nin rəqibi

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, Albaniya klubu ölkənin digər təmsilçisi “Apoloniya” ilə qarşılaşıb.

“Loni Papuçiu” stadionunda baş tutan görüş “Laçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Armando Kunqunun komandasına qələbə gətirən qola 88-ci dəqiqədə yarımmüdafiəçi Albion Marku imza atıb.

Qeyd edək ki, “Keşlə” – “Laçi” matçı avqustun 27-də “ASK Arena”da keçiriləcək.