Yunanıstan klubuna keçir – “Neftçi”dən ayrılan futbolçu
19.08.2020 - 09:46
Yay fasiləsində “Neftçi”dən ayrılan Vangelis Platellasın yeni klubu müəyyənləşmək üzrədir.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Larisa AEL-i hücumameyilli oyunçunun xidmətində maraqlıdır. Super Liqa təmsilçisinin sahibi və prezidenti Aleksis Kuqias ön xətti məhz Platellasla gücləndirmək niyyətindədir. Onunla danışıqlara artıq start verilib.
Qeyd edək ki, Vangelis Platellas “Neftçi”yə 2019-cu ilin yanvarında OFİ-dən keçib.
0
0